RU

Kannavaro Özbəkistan millisində - RƏSMİ

İtaliya millisinin əfsanəvi sabiq müdafiəçisi Fabio Kannavaro Özbəkistan millisini çalışdıracaq.

Fanat.Az xəbər verir ki, məlumatı Özbəkistan Futbol Federasiyasının mətbuat xidməti yayıb.

52 yaşlı mütəxəssis DÇ-2026-ys vəsiqə qazanan Asiya təmsilçisini mundiala hazırlayacaq.

Kannavaronun son iş yeri bu ilin aprelində tərk etdiyi "Dinamo Zaqreb" olub. O, həmçinin "Udineze", "Benevento", Çinin "Quançjou" "Tyanjin" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klublarını çalışdırıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Özbəkistan yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.

Избранный
25
fanat.az

1Источники