RU

Tacikistanda yaşı 100-dən yuxarı olan 415 nəfər yaşayır

Yazını böyüt
Yazını kiçilt

Tacikistan Hökuməti yanında Sosial Sığorta və Pensiya Agentliyinin bu ilin iyul ayına olan məlumatına görə, ölkədə yaşı 100-dən yuxarı olan 415 nəfər yaşayır.

Hafta.az-ın yazdığına görə, Tacikistanda yüzillik yaşı tamam olanlar arasında Darvaz rayon sakini 120 yaşlı Mərziyamoh İbodova (1905-ci il təvəllüdlü) və Dəngərə rayon sakini 117 yaşlı Gülrakat Nəzərova (1908-ci il təvəllüdlü) var.

Statistikaya görə, 2025-ci il yanvarın 1-nə Tacikistanda yaşı 100-dən yuxarı olan 306 vətəndaş yaşayıb ki, onlardan 169-u kişi, 137-si qadın olub.

Həmçinin bu dövrdə orta ömür uzunluğu 76,6 yaşa çatıb.

Tacikistanda gözlənilən ömür uzunluğu əvvəlki onilliklərlə müqayisədə artıb. Rəsmilərin fikrincə, bu, həyat şəraitinin yaxşılaşdırılması, sosial təminat və ahılların sağlamlığı ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatının araşdırmalarına görə, gözlənilən ömür müddətini artıran amillər arasında iqtisadi inkişaf, uşaq ölümünün azalması, əmək qabiliyyətli əhali arasında ölüm hallarının azalması, alkoqol və tütün istehlakının azalması daxildir.

Избранный
94
hafta.az

1Источники