RU

Tramp ABŞ ştatlarına ordu yeritdi

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyasının yüzlərlə hərbçisinin Texas və Kaliforniyadan Oreqon və İllinoys ştatlarına  göndərilməsini əmr edib. 

Demokratlar partiyasından olan qubernatorlar - Cey Pritsker ilə Qevin Nyusom qüvvələrin yerləşdirilməsinə razılıq vermədiklərini bəyan ediblər və Prezidentin bu addımını "siyasi müdaxilə" adlandırıblar. Ağ Ev bu qərarın səbəbinin "yerli hakimiyyətin qarşısını almadığı qanunsuzluqlar və ciddi qayda pozuntuları" ilə izah edib. Çikaqo ilə Portlenddə federal mövcudluğun genişlənməsinə və ICE-nin immiqrasiya əleyhinə reydlərinə qarşı etirazlar davam edir.

Prezident Tramp bundan əvvəl Los-Anceles, Vaşinqton və Memfisə Milli Qvardiya qüvvələrini yerləşdirməklə yerli sakinlərlə demokratların tənqidinə tuş gəlib. Oreqon ştatının federal hakimi bunu qanun pozuntusu hesab edərək, Portlendə qoşun yeridilməsini müvəqqəti olaraq qadağan edib.

Hürr Tərcüman

Избранный
13
1
hurriyyet.az

2Источники