RU

Naxçıvanda evdə kişi meyiti tapılıb

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərində evdən üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölən şəxsin Babək məhəlləsi, bina 11, mənzil 22 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Paşayev İlham Həsən oğlu olduğu müəyyən edilib.

İ.Paşayev evdə tək yaşayırmış və dispanserdə alkoqol aludəçisi kimi qeydiyyatdadır.

Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

 

Избранный
56
1
azertag.az

9Источники