Dünyanın ən böyük texnologiya nəhəngi "Apple" rəhbərlik dəyişikliklərinə hazırlaşır.
Musavat.com xəbər verir ki, "Bloomberg"-in məlumatına görə, 64 yaşlı Tim Kuk yaxın vaxtlarda şirkət rəhbəri postunu tərk edəcək. Onun yerinə isə "Apple"-ın aparat təminatı üzrə vitse-prezidenti, 50 yaşlı Con Ternus gətirilə bilər.
Məlumata əsasən, "Apple"ın qarşısında süni intellekt, ağıllı ev texnologiyaları və pilotsuz nəqliyyat sahələrində yeni hədəflər dayanır. Ternusun isə bu sahələrdə aktiv layihələrə rəhbərlik etməsi və Tim Kukun şəxsi dəstəyinə malik olması diqqət çəkir.
Ekspertlər hesab edirlər ki, rəhbərlik dəyişikliyi "Apple"-ın gələcək strategiyasına ciddi təsir göstərəcək və şirkəti texnoloji rəqabətdə yeni mərhələyə daşıya bilər.
Musavat.com