RU

Dağıstanda milyarderin qətl işi ilə bağlı yeni saxlanılanlar var

Dağıstanda 2021-ci ildə qətlin təşkili ilə bağlı aparılan cinayət işi çərçivəsində iş adamı İbrahim Süleymanovun azı üç şəriki saxlanılıb.

Doğru.az xəbər verir ki, TASS hüquq-mühafizə orqanlarına istinadən yayımladığı məlumatda saxlanılanların Süleymanovun yaxın ortaqları olduğu bildirilib.

Məlumata görə, cinayət ortaqları müstəntiqlərin Süleymanov tərəfindən təşkil edildiyini güman etdikləri qətli sona çatdıra bilməyib və qurban sağ qalıb.

Qeyd edək ki, daha əvvəl məhkəmə milyarderin qətl işi ilə əlaqədar dekabrın 2-dək həbsdə saxlanması barədə qərar qəbul etmişdi.

DOĞRU.AZ

Избранный
15
1
dogru.az

2Источники