RU

Emin Mahmudov üçün əlamətdar oyun

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasının VII turu "Neftçi"nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub. Sport24.az PFL-in saytına istinadən xəbər verir ki, o, 200-cü dəfə oyuna "ağ-qaralar"ın kapitanı kimi çıxıb. Yarımmüdafiəçinin yubileyində komandası "Zirə" ilə məhsuldar heç-heçə edib – 2:2.

Emin ilk dəfə 2017/18 mövsümündə "Neftçi"nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Qeyd edək ki, Mahmudov "ağ-qaralar"ın heyətində ümumilikdə 262 oyun keçirib.

 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
71
12
sport24.az

10Источники