"Dəyişiklik etməyə çalışdıq ki, qollar vuraq. Amma alındıra bilmədik və "Sabah" qalib gəldi. Onları təbrik edirəm. Zədəlilərimiz var. Ona görə qol vurmaqda çətinlik çəkirik".
Sportal.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 7-ci turunun “Sabah”la oyunundan sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- "Neftçi" ilə görüşün ən yaxşısı olan Kamran İbrahimov bu gün kuryoz qol buraxdı. Demək olar ki, bu qapıçı eyforiyada idi?
- Yox, belə deməzdim. "Neftçi" ilə oyunda ən yaxşılardan idi. Bu gün də pis dayanmadı. Doqquzluğa gedən qol oldu. O da az-az görünən qollardandır. Futbolçularımıza da Kahim Parrisin fərdi keyfiyyəti ilə bağlı məlumat vermişdik. Amma rəqib oradan qapıya zərbə vurmaq yox, ötürmə edirdi. Top da qapıya daxil oldu. O epiozdda Kamran yox, başqası da olsaydı, bəlkə də yenə qol alınacaqdı.
- Stadionunuzun durumu nə yerdədir?
- Bu yaxınlarda AFFA-dan gəlib stadionumuza baxacaqlar. Ondan sonra qərar veriləcək. Bizim üçün də asan olardı. Meydançamız hazır olduqdan sonra öz azarkeşlərimizin qarşısında oynamaq bizi ruhlandırardı. Onların dəstəyinə ehtiyacımız var. Bütün oyunları səfərdə keçiririk. Bu da yeni yaranmış komanda üçün çətinlik yaradır. Sabah AFFA-dan gəlib stadionumuza baxacaqlar.
Mirbağırağa
saytlarin hazirlanmasi