RU

“Demək olar ki, bütün oyunları səfərdə keçiririk” Azər Həşimov

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Karvan-Yevlax” ev oyununda “Sabah”a məğlub oldu - 0:2. Yevlaxlıların baş məşqçisi Azər Həşimov oyundan sonra jurnalistlərin suallarını cavabladı.- İki qol buraxdıq. İkinci hissədə tirdən qayıdan topumuz oldu. Əvəzetmələr də etdik, alındıra bilmədik. “Sabah”ı qələbə münasibəti ilə təbrik edirəm.- Qol vura bilmədiyiniz oyunların sayı beşə çatdı. Həyəcan təbilinin vaxtıdı?- İki hücumçumuz var. Mikels zədəlidi. Uğuru ikinci hissədə meydana buraxdıq.- Ötən turun ən yaxşısı Kamran kobud səhv üzündən qol buraxdı.- Xeyr. “Doqquzluğ”a gedən top idi. Çox vaxt belə toplar olmur. Məncə, rəqib daha yaxşı oynasa da, qolları bəxtsizlik üzündən buraxdıq.- Yevlaxa nə vaxt qayıdırsız?- PFL gəlib baxmalıdı. Yaxın günlərdə reallaşacaq. Demək olar ki, bütün oyunları səfərdə keçiririk.- Mikelsin bu tur oynayacağını demişdiz…- Həkimlər belə məsləhət gördü. Milli fasilədə tam özünə gələcək. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
3
icma.az

4Источники