AZ

Azər Həşimov: Əvəzetmələr də etdik, alındıra bilmədik

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Karvan-Yevlax" -"Sabah" matçından sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, qonaqların çalışdırıcısının ardından kameralar qarşısına baş məşqçisi Azər Həşimov media çıxıb.

- İki qol buraxdıq. İkinci hissədə tirdən qayıdan topumuz oldu. Əvəzetmələr də etdik, alındıra bilmədik. "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm.- Qol vura bilmədiyiniz oyunların sayı beşə çatdı. Həyəcan təbilinin vaxtıdı?- İki hücumçumuz var. Mikels zədəlidi. Uğuru ikinci hissədə meydana buraxdıq.- Ötən turun ən yaxşısı Kamran kobud səhv üzündən qol buraxdı.- Xeyr. "Doqquzluğ"a gedən top idi. Çox vaxt belə toplar olmur. Məncə, rəqib daha yaxşı oynasa da, qolları bəxtsizlik üzündən buraxdıq.- Yevlaxa nə vaxt qayıdırsız?- PFL gəlib baxmalıdı. Yaxın günlərdə reallaşacaq. Demək olar ki, bütün oyunları səfərdə keçiririk.- Mikelsin bu tur oynayacağını demişdiz…- Həkimlər belə məsləhət gördü. Milli fasilədə tam özünə gələcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
sport24.az

4Mənbələr