RU

Milorad Dodik: Avropanın üç ölkəsi Serbiyada rəngli inqilaba cəhd edib

Sarayevo, 5 oktyabr, AZƏRTAC

Serbiyada sabitliyi pozmaq və parçalamaq məqsədilə rəngli inqilab həyata keçirmək cəhdinin arxasında Avropanın üç ölkəsi – Böyük Britaniya, Fransa və Almaniya dayanır.

AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik deyib.

“Məqsəd təkcə Serbiyada sabitliyi pozmaq deyil, həm də onu parçalamaqdır. Bu da təbii ki, Balkan regionunda serb xalqının gücünü zəiflədə bilər. Özünü “qeyri-hökumət təşkilatı” adlandıran, əslində isə xaricdən idarə olunan müəyyən strukturlar bu fəaliyyətlə məşğul olur. Onlar Serbiyaya qarşı fəaliyyət göstərir, seçki prosesini mənasızlaşdırır və azlığın iradəsini çoxluğa sırımağa çalışırlar”, - deyə o bildirib.

Milorad Dodik qeyd edib ki, serblərin əksəriyyəti Prezident Aleksandar Vuçiçi və onun siyasətini dəstəkləyir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Избранный
25
3
azertag.az

4Источники