Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Pekin, 5 oktyabr, AZƏRTAC
Çinin cənubundakı Haynan adasında “Matmo” qasırğası ilə əlaqədar 197 min sakin yaşadığı yerdən təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, ilin 21-ci qasırğası olan “Matmo” oktyabrın 5-də Haynan adası və Quandon əyalətinin sahillərinə çatıb. Meteorologiya xidmətinin məlumatına əsasən qasırğanın gətirdiyi küləyin sürəti saniyədə 42 metrə çatır. Sosial mediada güclü küləyin ağacları, elektrik dirəklərini, hətta avtomobilləri aşırmasına dair görüntülər yayılıb.
Qasırğa ilə əlaqədar ən yüksək səviyyədə xəbərdarlıq elan edilən Quandon əyalətində 150 min sakin təxliyə edilib. Qonşu Quansi Cuan Muxtar Rayonunda da qasırğa ilə əlaqədar qabaqlayıcı tədbirlər görülüb. Veycou adasından 26 min turist təxliyə edilib, bərə səfərləri, sahildə və dənizdə bütün fəaliyyətlər dayanadırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.