RU

Çində "Matmo" tayfunu səbəbindən 144 min nəfər təxliyə ediləcək

Çinin Haynan vilayətinin rəhbərliyi "Matmo" tayfunu səbəbindən təxminən 144 min insanın təxliyə edilməsi barədə sərəncam verib.

“İki sahil” xəbər verir ki,  onlardan 114 mini artıq təhlükəsiz yerə köçürülüb.

Daha əvvəl yerli meteorologiya idarəsi tropik siklon Haynanın şimal-şərqindən 60 km məsafədə keçdiyini bildirmişdi. Proqnozlara görə, "Matmo" tezliklə qonşu Quandun əyalətinin Şüven şəhərinin sahilinə çatacaq, daha sonra Tonkin körfəzinə keçəcək və zəifləyəcək. 

Daha əvvəl Quandun əyalətinin hakimiyyəti 150 mindən çox sakinin təhlükəsiz yerə köçürülməsi barədə sərəncam vermişdi.

Избранный
51
1
ikisahil.az

10Источники