AZ

114 min sakini köçürdülər

Çinin Haynan vilayətinin rəhbərliyi "Matmo" tayfunu səbəbindən təxminən 144 min insanın təxliyə edilməsi barədə sərəncam verib.

Publika.az xəbər verir ki, bu barəd "Xinhua" agentliyi məlumat yayıb. Qeyd edilib ki, onlardan 114 mini artıq təhlükəsiz yerə köçürülüb.

Daha əvvəl yerli meteorologiya idarəsi tropik siklon Haynanın şimal-şərqindən 60 km məsafədə keçdiyini bildirmişdi. Proqnozlara görə, "Matmo" tezliklə qonşu Quandun əyalətinin Şüven şəhərinin sahilinə çatacaq, daha sonra Tonkin körfəzinə keçəcək və zəifləyəcək.

Seçilən
24
4
publika.az

10Mənbələr