RU

Fidan: Ukraynadakı müharibənin taleyi bu şəhərdə həll olunacaq

Ulusal.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində irəliləyişin bir neçə ay ərzində mümkün ola biləcəyini istisna etmir.

“Görünür ki, nizamlanma prosesində irəliləyiş müəyyən vaxtdan sonra, bir neçə ay ərzində əldə oluna bilər,” – deyə Fidan TRT Haber telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Ankara Alyaskada keçirilən Rusiya–ABŞ sammitindən, eləcə də ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra Moskva, Kiyev və Vaşinqtonla danışıqları davam etdirib.

Fidan qeyd edib ki, Alyaska görüşlərində son dərəcə vacib məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Rusiya tərəfi Trampa atəşkəsin əldə olunması üçün daha aydın şərtlərini təqdim edib və bu təkliflər daha sonra Tramp, Zelenski və Avropa liderləri arasında müzakirə olunub.

Türkiyə XİN başçısı həmçinin vurğulayıb ki, sülh prosesinin gələcək istiqaməti Donetsk bölgəsindəki vəziyyətdən asılı olacaq.

“Hər iki tərəfin öz arqumentləri var və bu arqumentləri ümumi məxrəcə gətirmək lazımdır,” – deyə Hakan Fidan bildirib.

Избранный
32
2
moderator.az

5Источники