Şimali Koreyada ardıcıl üçüncü ildir keçirilən illik müdafiə sərgisini ölkə lideri Kim Çen İn dövlətin hərbi imkanlarını modernləşdirmək və inkişaf etdirmək layihələrinin "nəticəsi" adlandırıb.
Publika.az-ın Koreya Mərkəzi Xəbər Agentliyinə istinadəlaverdiyi məlumata görə, sərgidə çıxış edən Kim Çen Cənubi Koreya və ABŞ-ni nüvə əməliyyatı ssenarisi əsasında müxtəlif təlimlər keçirməkdə və Cənubi Koreya ilə yanaşı, daha geniş regionda müdafiə imkanlarını genişləndirməkdə ittiham edib.
"Biz ABŞ-nin strateji zərbə və kəşfiyyat vasitələrinin yerləşdirilməsini və dövlətimizin təhlükəsizliyinə yeni mümkün təhdidlərlə bağlı düşmən hərəkətlərini diqqətlə izləyirik", - Şimali Koreya lideri deyib.