Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Changan", "Toyota AUQA", "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"