RU

Bakı İqlim Fəaliyyəti Həftəsi başa çatdı

Azərbaycanda ikinci dəfə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başa çatıb.

Publika.az xəbər verir ki, 3000-ə qədər iştirakçının olduğu tədbirlərdə 25 ölkədən olan hökumət nümayəndələri, parlament üzvləri, alimlər, biznes və qadın liderlər, gənc iqlim fəalları və çoxtərəfli təşkilatların təmsilçiləri olub.

Paytaxtın 8-dən çox məkanında keçirilən 46 tədbir və sessiya, 30-dan çox mövzunu əhatə etməklə, hökumət nümayəndələrini, sabiq baş nazirləri və prezidentləri, parlament üzvlərini, alimləri, biznes və qadın liderləri, gənclər hərəkatlarını, iqlim çempionlarını, Birləşmiş Millətlər Təşkilatı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Braziliyanın Kiçik və Orta Biznesə Dəstək Agentliyi (SEBRAE), Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatları bir araya gətirib. Məqsəd Braziliyada baş tutacaq COP30-a aparan yolda dialoqu gücləndirmək və prosesə təkan vermək olub.

İqlim Həftəsinə Afrika, Asiya, Avropa və Amerikanın 25-dən çox ölkəsini təmsil edən spiker və iştirakçının qatılması həftənin beynəlxalq miqyasını nümayiş etidirib. Mövzuların genişliyi isə iqlim böhranının mürəkkəbliyini bir daha əks etdirib.

İqlim maliyyələşməsi və hesabatlılıq – ədalətli keçid üçün resursların səfərbər olunması mexanizmlərinin müzakirəsi, enerji keçidi və mobillik – bərpaolunan enerji, innovasiya və şəhər səviyyəsində həllər, adaptasiya və dayanıqlılıq – iqlim riskləri ilə mübarizədə bölgələrarası təcrübə mübadiləsi, qida sistemləri və dairəvi iqtisadiyyat – davamlı istehlak və istehsal yollarının öyrənilməsi, gender və liderlik – qadınların iqlim siyasəti və fəaliyyətində liderliyə təşviqi əsas müzakirə mövzuları olub.

Избранный
35
12
publika.az

10Источники