RU

İsrail Xarici İşlər Nazirliyi “Sumud” flotiliyasının 137 üzvünün Türkiyəyə deportasiya edildiyini açıqladı

BAKI, 4 oktyabr. TELEQRAF

Qəzza zolağına gedərkən İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən “Sumud” flotiliyasının saxlanılan 137 üzvü ölkədən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxslərin hamısı Türkiyəyə deportasiya edilib. Bunlara Əlcəzair, Bəhreyn, Böyük Britaniya, İordaniya, İtaliya, Küveyt, Liviya, Mavritaniya, Malayziya, Mərakeş, ABŞ, Tunis, Türkiyə və İsveçrə vətəndaşları daxildir. Oktyabrın 3-də İsrail saxlanılan fəalların birinci qrupunu – dörd İtaliya vətəndaşını ölkədən çıxarmışdı.

Избранный
33
teleqraf.com

1Источники