1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Kayrat"ın müdafiəçisi Yeqor Sorokin UEFA Çempionlar Liqası matçından sonra "Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülerlə formalarını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Sorokin TASS-a danışıb.
"Oyundan sonra əl sıxdıq, matça görə bir-birimizə təşəkkür etdik və bir-birimizə uğurlar arzuladıq. Arda Gülerlə forma dəyişikliyi etdim. Əvvəlcə soruşdum, o da - "özünkünü mənə ver", - deyərək razılaşdı. "Problem yoxdur", - dedim. Və belə də oldu", - deyə Sorokin bildirib.
Xatırladaq ki, sentyabrın 30-da "Kayrat" Almatıda UEFA Çempionlar Liqasının ilk ev oyununda "Real Madrid"ə 5:0 hesabı ilə uduzub.