RU

Şahruddin Məhəmmədəliyev: “Çoxlu təbriklər almışam, çünki Rusiyada xeyli dostum var

sport24.az saytına istinadən ain.az xəbər verir.

Dağıstan futbolunun yetirməsi olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çempionlar Liqası matçlarında Rusiyadan aldığı dəstəkdən danışıb. Sport24.az xəbər verir ki, qolkiper bununla bağlı  "Championat.ru" portalının müxbiri Vladimir Çetverikə açıqlama verib:

"Bilirəm ki, Rusiyada insanlar Çempionlar Liqasında "Qarabağ"ı izləyir və dəstəyi hiss edirəm. Artıq çoxlu təbriklər almışam, çünki Rusiyada xeyli dostum var".

Qeyd edək ki, Çempionlar Liqasının ilk turunda "Qarabağ" "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. İkinci turda ağdamlılar "Kopenhagen"i 2:0 hesabı ilə yenib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
sport24.az

1Источники