RU

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025 -ci ilin avqustunda Özbəkistandan Türkiyəyə 77 min 858 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,58 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,12 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Özbəkistandan Türkiyəyə 444 min 681 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,46 faiz azdır.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,25 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Избранный
143
6
turkic.world

10Источники