RU

Mahir Emreli yenə heyətdən kənardadır

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" 2-ci Bundesliqada 8-ci tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda evdə "Bohum"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. 27 yaşlı hücumçu əvvəlki 4 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.

Xatırladaq ki, M.Emreli bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.

Избранный
14
3
teleqraf.com

4Источники