Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandasının UEFA Çempionlar Liqasına uğurlu startından danışıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə championat.com-a açıqlama verib.
"Çempionlar Liqasındakı matçlara və qələbələrə görə Allaha şükür edirik. Xalqımız bu sevincə layiqdir. Azərbaycanda hər kəs "Qarabağ"ın turnirə yaxşı başlamasına - ölkədə sözün əsl mənasında futbol bumu olmasına sevinir. Amma mənim şəxsən Çempionlar Liqasında oynamaq kimi konkret arzum yox idi. Mən də bütün komandamız kimi öz işimin öhdəsindən gəlirəm", - deyə qapıçı bildirib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk iki turundan sonra Ağdam klubu 6 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.