AZ

Çempionlar Liqasında oynamağı arzulamamışam – Şahruddin

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandasının UEFA Çempionlar Liqasına uğurlu startından danışıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə championat.com-a açıqlama verib.

“Çempionlar Liqasındakı matçlara və qələbələrə görə Allaha şükür edirik. Xalqımız bu sevincə layiqdir. Azərbaycanda hər kəs “Qarabağ”ın turnirə yaxşı başlamasına – ölkədə sözün əsl mənasında futbol bumu olmasına sevinir. Amma mənim şəxsən Çempionlar Liqasında oynamaq kimi konkret arzum yox idi. Mən də bütün komandamız kimi öz işimin öhdəsindən gəlirəm”, – deyə qapıçı bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk iki turundan sonra Ağdam klubu 6 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Seçilən
10
3
konkret.az

10Mənbələr