"Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin böyük nümayəndələrindən idi".
Paralel.az -ın oxu.az-a istinadla məlumatına görə, bunu sabiq səhiyyə naziri, Oqtay Şirəliyevlə vida mərasimində sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.
O bildirib ki, Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsinin inkişafında böyük rolu olub:
"Mən onunla dostluq edirdim. Oqtay Şirəliyev gözəl insan, səmimi dost idi. Həmişə insanlara əl tutan idi. Mədəniyyət işçilərinin müayinə və müalicəsinə yaxından kömək edirdi".