RU

Bank sektorunun məcmu kapitalı 6,5 milyard manata çatıb

BAKI, 4 oktyabr. TELEQRAF

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda bank sektorunun məcmu kapitalı 5% və ya 303 milyon manat artaraq 6,5 milyard manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənəddə qeyd olunur ki, sektor üzrə kapital adekvatlığı əmsalı 18 faizə çatıb və bu göstərici tələb olunan minimum səviyyəni 1,8 dəfə üstələyir.

Qeyd edək ki, kapital adekvatlığının artmasına isə əsas səbəb, bankların ümumi kapitalının riskli aktivlərə nisbətən daha sürətli artmasıdır.

Избранный
102
teleqraf.com

1Источники