RU

Ağciyər xəstəlikləri üzrə nümunələrin portativ qurğularla yerində götürülməsi planlaşdırılır - Direktor müavini

Bakı.Trend:

Ağciyər xəstəlikləri ilə bağlı nümunələri yerində portativqurğular vasitəsilə götürülməsini planlaşdırırıq. Xəstəliyin aradanqaldırılması üzrə mütəşəkillik çox vacibdir.

Trend xəbərverir ki, bunu TƏBİB-in icraçı direktor müavini Anar İsrafilovSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitututərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsredilmiş Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı TƏBİB-inicraçı direktor müavini Anar İsrafilov deyib.

O qeyd edib ki, vərəmlə mübarizə bu günün ən aktualproblemlərindən biri olaraq qalır.

“Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin bir çox beynəlxalqtəşkilatlarının maarifləndirmə tədbirlərinə baxmayaraq, gündəlik4000-4500-ə yaxın insan vərəm xəstəliklərinə görə həyatlarınıitirirlər. Bunlardan 600-700-ü uşaqlardır. Bu da bizə probleminmiqyasını göstərir. TƏBİB tərəfindən vərəmlə mübarizə məqsədilə ənson görülən iş kimi Ağciyər Xəstəlikləri Mərkəzi yaradılmasını qeydedə bilərəm. Bununla da resurslar və kadrlar bir çətir altındaidarə olunur”.

A.İsrafilov vurğulayıb ki, Sumqayıtda ağciyər xəstəliklərindənəziyyət çəkən şəxslərə dərmanlar artıq birbaşa evlərinədəkçatdırılır, müraciətləri videokonfrans vasitəsilə qeydə alınır.

Məqalədə:
Избранный
46
az.trend.az

1Источники