“Mançester Siti” futbolçusu Savinyo ilə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu ilə anlaşma 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Savinyo bu mövsüm 9 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.