RU

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
 
Operativ Media birjalara istinadən xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti qiyməti 0,7 ABŞ dolları, yaxud 1,02 % artaraq 69,21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki,  Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Избранный
67
17
operativmedia.az

10Источники