RU

ABŞ-də Trampın təsviri olan birdollarlıq sikkələr buraxıla bilər - FOTO

ABŞ Xəzinədarlığı ölkə lideri Donald Trampın təsviri olan bir dollar nominallı yeni kolleksiya sikkələri buraxmaq imkanını nəzərdən keçirir.

Moderator.az bu barədə "Fox Business" telekanalına istinadən xəbər verir.

Məlumata görə, bu addım ABŞ-nin yaranmasının 250 illiyinin qeyd edilməsi çərçivəsində planlaşdırılır.

Layihəyə əsasən, sikkənin üzərində ABŞ bayrağı fonunda yumruğunu qaldırmış Tramp təsvir oluna bilər. Bu obraz onun 2024-cü ildə sui-qəsd cəhdindən sonra çəkilmiş fotoşəkli ilə əlaqələndirilir.

1417349

1417350

Избранный
26
1
moderator.az

10Источники