RU

HƏMAS Qəzzada hakimiyyəti müstəqil Fələstin texnokratlarına verməyə hazırdır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının idarəçiliyini fələstinli texnokratların yaratdığı müstəqil quruma təhvil verməyə razı olduğunu təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.

“HƏMAS Qəzzanın idarəçiliyini müstəqil texnokrat siyasətçilərdən ibarət Fələstin hakimiyyətinə təhvil verməyə hazırdır”, – bəyanatda qeyd olunub.

Hərəkat həmçinin bildirib ki, bütün Fələstin fraksiyaları ərəb və islam ölkələrinin dəstəyindən yararlanacaq gələcək inzibati orqanın formalaşdırılmasının zəruriliyi barədə konsensusa gəliblər.

Избранный
66
operativmedia.az

1Источники