RU

Həbs olunan milyarderlə bağlı qərar verildi

Qətl ittihamı üzrə saxlanılmış milyarder İbrahim Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, o, Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə dekabrın 2-dək istintaq təcridaxanasına göndərilib.

Qeyd edək ki, İbrahim Süleymanov 2004-cü il aprelin 28-də Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətin (FSFO) keçmiş rəhbəri Qeorqi Talın qətlinin sifarişini verməkdə ittiham olunur.

Избранный
24
publika.az

1Источники