RU

Yaylagül Ramazanova: İdmançılarımızdan qızıl medal gözləyirik

XANKƏNDİ, 3 oktyabr. TELEQRAF

"Kamandan oxatma yarışı Xankəndidə olduğu üçün sevincliyik".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kamandan oxatan Yaylagül Ramazanova III MDB Oyunları barədə danışarkən deyib.

O, idmançıların yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib: "Onlar bugünkü şəxsi yarışda uduzsalar da biz onlardan komanda yarışında qızıl medal gözləyirik. Bu turnir idmançılarımıza təcrübə və motivasiya verəcək. Belə yarışların çox olmasını istəyirəm. İlk dəfə belə bir turnirdə hakim olaraq çıxış edirəm, amma bu çox maraqlıdır. Yaş məhdudiyyətləri olmasaydı özüm də idmançı kimi çıxış edərdim".

Qeyd edək ki, Yaylagül Ramazanova III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma üzrə yarışda hakim funksiyasını yerinə yetirir,

Избранный
8
teleqraf.com

1Источники