RU

“Neftçi” “Zirə”yə qarşı, “Araz-Naxçıvan”dan qələbə - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. 

Turun açılış matçında “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 

Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gəlir. 

6 turdan sonra 12 xalı olan “Zirə” “Turan Tovuz”la birgə şərikli liderdir. Cəmi bir qələbəsi olan “Neftçi” isə 7 xalla 8-ci pillədə qərarlaşıb. 

Misli Premyer Liqası

7-ci tur

3 oktyabr

19:30. “Zirə” - “Neftçi” - 0:0 (Birinci hissə)
Hakimlər:
Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Araz-Naxçıvan” - “İmişli” - 2:0 

Qol: Simakala, 32, Ülvi İsgəndərov, 90+3
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

4 oktyabr

17:30. “Qarabağ” - “Kəpəz”

19:30. “Sumqayıt” - “Turan Tovuz”

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah”

17:30. “Qəbələ” - “Şamaxı”

Bombardirlər:

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Избранный
29
12
teleqraf.com

10Источники