RU

III MDB Oyunları: Azərbaycan batut gimnastikasında 6 medal qazanıb

Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov III MDB Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, qarışıq komanda yarışında 49.930 xal toplayan idmançılar gümüş medala yiyələnib.

Birinci pillədə Belarus (51.270 xal) qərarlaşıb, Qazaxıstan isə (47.280 xal) üçüncü olub.

Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları mübarizəni 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.

"Cebheinfo.az" 

Избранный
38
cebheinfo.az

1Источники