BAKI, 3 oktyabr. TELEQRAF
Azərbaycanda keçirilən III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib.
Teleqraf xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib.
1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Mirnuray finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rusiya şpaqaçısı Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzub.