AZ

Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazandı

Azərbaycanda keçirilən III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə qızların şəxsi yarışında mübarizəyə start verilib.
 
Moderator.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray Abasova pley-offda Belarus təmsilçisi Aqata Tsarkovanı 15:12 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib.
 
1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu 15:13 hesabı ilə mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Mirnuray finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rusiya şpaqaçısı Anastasiya Zabelinaya 14:15 hesabı ilə uduzub.
 
Seçilən
7
6
moderator.az

7Mənbələr