RU

Azərbaycan və Türkiyə statistika sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan ilə Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, imzalanma mərasimi Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası çərçivəsində baş tutub.

Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar.

Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və statistikanın bir sıra sahələrində qabaqcıl təcrübənin qarşılıqlı mübadiləsinə töhfə verəcəyi qeyd olunub.

"Cebheinfo.az" 

Избранный
16
8
cebheinfo.az

10Источники