RU

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payı 38 faiz olacaq - Orxan Zeynalov

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələrinin payını əhəmiyyətlidərəcədə artırmağı planlaşdırır.

Trend xəbər verirki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan ZeynalovAstanada keçirilən "KAZENERGY" Forumunda çıxışında deyib.

“Mövcud templərlə bərpa olunan enerji mənbələrinin quraşdırılmışgücdəki payı 2030-cu ilə qədər 38 faiz, 2035-ci ilə qədər isə 42,5faiz olacaq”, - deyə nazir müvini qeyd edib.

O, qarşıdakı iki il ərzində bərpa olunan enerji layihələrinənəzərdə tutulan investisiyalar barədə danışıb.

“Biz 3 milyard ABŞ dolları həcmində investisiya gözləyirik. Bu,10 layihəyə – səkkiz günəş və iki külək stansiyasına yönələcək vəəlavə iki giqavat güc təmin edəcək”, - deyə o əlavə edib.

Orxan Zeynalov elektrik enerji saxlama sistemlərininəhəmiyyətini vurğulayıb.

“Bir sıra ölkələrdə baş verən son elektrik kəsintiləri göstərirki, bərpa olunan enerji mənbələrinin etibarlı fəaliyyəti üçünehtiyat saxlama sistemləri vacibdir. Bu, böyük güclərin millienerji sisteminə təhlükəsiz inteqrasiyasını təmin edəcək”, - deyənazir müvini bildirib.

Məqalədə:
Избранный
56
1
az.trend.az

2Источники