RU

"Qarabağ" yeni oyuçu ilə razılaşdı

“Qarabağ” legioneri Mateuş Silvanın müqaviləsini uzatmaq niyyətindədir. "Bakuinfo" xəbər verir ki, apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi artıq braziliyalı futbolçu ilə sözləşmə barədə danışıqlara start verib.  Tərəflər arasında böyük ölçüdə razılıq əldə olunduğu bildirilib. 27 yaşlı sağ cinah müdafiəçisinin Azərbaycan çempionu ilə mövcud müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Qeyd edək ki, “Qarabağ” Mateuşu 2023-cü ildə Belarusun “Lokomotiv Plovdiv” klubundan 280 min avro qarşılığında heyətinə qatmışdı.

Избранный
33
1
bakuinfo.net

3Источники