“BOA AGENCY” ASC-nin səhmdarlarının ümumi yığıncağının 06.10.2025-ci il tarixində keçiriləcək iclasının gündəliyinə dəyişiklik olub.
MArja xəbər verir ki, həmçinin ASC "Xalq" Bankı ilə bərpa olunmayan kredit xətti müqaviləsi bağlanması da müzakirə ediləcəkdir.
İclasın gündəliyinə 2025-cü ilin 3-cü rübünün maliyyə nəticələrinin müzakirəsi və dividentlərin verilməsi məsələsinə baxılması da daxildir.
Qeyd edək ki, “BOA AGENCY” ASC-nin səhmdarları Qəribli İlkin Eldar oğlu (nizamnamə kapitalında payı 40%), Hacıyev Rüstəm Rauf oğlu (nizamnamə kapitalında payı 40%) və Hacıyev Ramin Rauf oğludur (nizamnamə kapitalında payı 20%).
“BOA AGENCY” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 487 min manat xalis mənfəət ilə başa vururb. Cari ilin ilk yarısında Şirkətin əsas əməliyyat gəliri 7 milyon 446 min manat təşkil edib.
Şirkətin portfeli (uzunmüddətli debitor borclar) ötən ilin sonunda 166 milyon 849 min manat ikən, 30 iyun 2025-ci il tarixində 185 milyon 401 min manata çatıb. Şirkət kredit təşkilatlarından borcları alaraq yığılmasını təmin edir. “BOA AGENCY” tələb hüquqlarının alınması, tələblərin icrası üzrə konsultasiya və kommunikasiya dəstəyi xidmətləri göstərir.