RU

Uzunmüddətli sözləşmə təklif olunsa, maaşının azaldılmasına razılaşacaq

“Roma”nın hücumçusu Paulo Dibala klubla yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, argentinalı forvard karyerasını məhz paytaxt təmsilçisində başa vurmağı düşünür.

31 yaşlı futbolçunun müqaviləsinin müddəti gələn il iyunda başa çatacaq, ancaq onun artırılması məsələsi artıq oktyabrın ilk günlərində müzakirə oluna bilər.

Dibala uzunmüddətli sözləşmə təklif olunacağı halda, maaşının azaldılmasına razılaşacaq.

2022-ci ildən “Roma”da çıxış edən hücumçu hazırda zədəsini sağaldır. O, bud əzələsindəki problemə görə meydana çıxa bilmir və yalnız oktyabrın ortalarında geri dönməsi gözlənilir.

Dibala cari mövsümdə 3 oyunda iştirak edib.

Избранный
50
sportinfo.az

1Источники