RU

Addainin bu möhtəşəm qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

"Qarabağ" klubunun hücumçusu Emmanuel Addainin UEFA Çempionlar Liqasında vurduğu qol həftənin ən yaxşısı adına layiq görülüb.

Far.Az xəbər verir ki, bu uğur azarkeşlərin səsverməsi nəticəsində mümkün olub. 24 yaşlı forvard Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı Bakıda keçirilən oyunda "köhlən atlar"ın ikinci qoluna imza ataraq komandasının 2:0 hesablı qələbəsində mühüm rol oynayıb.

Addainin qolu Erlinq Haaland ("Mançester Siti"), Cordan Teze ("Monako") və İsmael Saibari (PSV) kimi tanınmış futbolçuların vurduğu qolları geridə qoyaraq həftənin ən yadda qalan epizodu seçilib.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub və "Qarabağ" rəqibini cavabsız iki qolla məğlub edib.

Избранный
52
1
far.az

2Источники