RU

Lukaşenkodan Almaniyaya təklif

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya xalqını Alman Birlik Günü münasibətilə təbrik edib və ikitərəfli münasibətlərin bərpasını təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Prezident qeyd edib ki, Belarus Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya vətəndaşları üçün vizasız gediş-gəlişin uzadılması barədə qərar qəbul edib: "Biz ikitərəfli münasibətləri bərpa etmək üçün sərhəd və digər maneələri aradan qaldırmaq üçün birgə işləməyi təklif edirik. Bu, indiki vaxtda asan olmayacaq, lakin bu, ölkələrimizin və xalqlarımızın həqiqi maraqlarına tam cavab verir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
81
ikisahil.az

1Источники