RU

Dünyanın ən bahalı özəl şirkəti oldu

Yazını böyüt
Yazını kiçilt

"ChatGPT" çatbotunun yaradıcısı olan "OpenAI" şirkəti səhmlərin səhmdarlara ikinci satışına dair sazişini həyata keçirdikdən sonra dünyanın ən bahalı özəl şirkəti olub.

Şirkətin dəyəri 500 milyard dollar təşkil edib.

Məlumata görə, şirkətin iki ildən çox səhm sahibi olan əməkdaşlarına öz səhmlərini satmaq imkanı təqdim edilib.

Ümumilikdə 6.6 milyard dollar məbləğində kağızlar satılıb, halbuki icazə 10.3 milyard dollara qədər satışı nəzərdə tutub.

Qeyd edək ki, cari ilin aprelində tamamlanan investisiya raundunda "OpenAI" 300 milyard dollar dəyərində qiymətləndirilib.

Избранный
15
4
hafta.az

5Источники