RU

Efiopiyada kilsə tikintisi fəlakətə çevrildi 30 ölü

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Efiopiyanın Amhara əyalətində kilsə tikintisi zamanı faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, taxta dayaqlar çöküb. Qəza nəticəsində 30 nəfər ölüb, 200-dən çox adam yüngül və ağır xəsarət alıb. Bu barədə Rayon Polis İdarəsinin baş müfəttişi Əhməd Gebeyehu bildirib. O, yaralıların ən yaxın xəstəxanalara çatdırıldığını, lakin yaralılardan bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının arta biləcəyini vurğulayıb.

Efiopiyanın Rabitə Nazirliyi qəza ilə bağlı başsağlığı mesajı yayıb və bütün tikinti layihələrində iş sağlamlığı və təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

İsgəndər Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
525.az

1Источники