RU

Hər şey bitdi dedilər, amma... Rəşad Mahmudovun unudulmaz xatirəsi

"20 il ötüb, amma indi belə danışarkən o andakı hissləri keçirirəm. Bakıda fəaliyyətə yeni başladığımız dönəm idi. Bir körpə uşaq üzərində əməliyyat icra edirdik. Elə bir məqamla üz-üzə idik ki, bütün çarələrin bitdiyi an yaşanırdı". 

News24.az xəbər verir ki, bunu "Qaranlıqda həqiqət" verilişinin qonağı olmuş ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, həmin an geri dönüşün mümkünsüz olduğunu düşünsələr də, ümidini itirməyib:

"İnsan hər zaman çətinliyə düşəndə Allahdan dəstək istəyər, amma bu çox fərqli məqam idi. Komanda qərar verdi ki, hər şey bitdi. Hər şey bitdikdən sonra yeni bir manevrlə prosesə başladıq. Uşaq yenidən həyata qaytarıldı. Lakin uşağın beyninin zədə alıb-almadığı bəlli deyildi. Xaricdən olan ekspertlər belə dedilər ki, bu beynin sağalma ehtimalı yoxdur. 24 saat gözləməli idik.

Gecə saat 3-də həmin uşağın nənəsi hər şeydən xəbərsiz vəfat etdi. Saat 4-də isə reanimasiyanın həkimi həyəcanla otağıma zəng etdi..."

Daha ətraflı videomaterialda:


Избранный
219
news24.az

1Источники