RU

Paşinyanla görüşdə Azərbaycanla sülh sazişindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagendə Monteneqro prezidenti Zakov Milatoviçlə görüşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan və Monteneqro arasında çoxsahəli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər ticarət-iqtisadi və turizm sektorlarında əməkdaşlığın dərinləşdirilməsini perspektivli hesab ediblər və bu sahələrdə ardıcıl addımların həyata keçirilməsi barədə razılığa gəliblər. 

Monteneqro prezidenti Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və bunun region üçün geniş inkişaf imkanları açacağına əminliyini bildirib.

Ağarza Elçinoğlu

Избранный
48
38
unikal.az

10Источники