RU

Ahmet Türkoğlu: TPAO artıq uzun illərdir SOCAR ilə davamlı əməkdaşlıq edir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astana, 2 oktyabr, AZƏRTAC

Biz artıq uzun illərdir ki, Azərbaycanda SOCAR ilə ardıcıl əməkdaşlıq edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Neft Şirkətinin (TPAO) İdarə Heyətinin sədri Ahmet Türkoğlu məlumat verib.

“Məlum olduğu kimi, SOCAR ən böyük xarici sərmayədarlardan biri olduğu Türkiyəyə əhəmiyyətli investisiyalar yatırıb. Öz növbəsində, Türkiyə də Azərbaycana 14-15 milyard dollardan çox sərmayə qoyub. SOCAR ilə tərəfdaşlığımızı haqlı olaraq dünya miqyasında ən uğurlu əməkdaşlıqlardan biri adlandırmaq olar və biz səmimi olaraq bununla qürur duyuruq”, -deyə TPAO-nun rəhbəri bildirib.

O qeyd edib ki, bu yaxınlarda SOCAR, BP və TPAO arasında “Şəfəq-Asiman” yatağı üzrə üçtərəfli saziş imzalanıb.

A.Türkoğlu əlavə edib: “Biz bu əməkdaşlıqdan əhəmiyyətli nəticələr gözləyirik. Azərbaycanda olmaq bizim üçün məmnunluq və qürur mənbəyidir. Bundan başqa, perspektivli yataqlara da yeni sərmayələr qoymağa hazırıq”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
3
azertag.az

4Источники